DÜNYA


ABŞ qırıcısı qəzaya uğradı

ABŞ-da “Miçiqan üzərində ildırım” aviaşousu zamanı “MiQ-23” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Belvil şəhərində yaşayış kompleksinin dayanacağına çırpılaraq bir neçə avtomobilə zərər vurub. Pilot və bir sərnişin son anda canlarını xilas ediblər. Onlar yüngül xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. ABŞ Federal Aviasiya Administrasiyası qəza ilə əlaqədar araşdırmalara başlayıb.