DÜNYA
Odessaya raket hücumu: Dağıntılar var
Rusiya qoşunları qanadlı raketlər və kamikadze dronlardan istifadə etməklə
Ukrayna şəhərlərinə növbəti birgə hücuma keçib. Odessa və Zaporojyedə
partlayışlar səslənib. Hücum nəticəsində dağıntılar və yaralılar var.
AZƏRTAC xəbər verir ki, hava hücumu təhlükəsi ilə bağlı siqnallar gecə
yarısından az sonra cənub və mərkəzi rayonlarda kütləvi şəkildə
səslənməyə başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava
Qüvvələrinin komandanlığı müxtəlif istiqamətlərdən kamikadze pilotsuz
təyyarələrin, həmçinin Qara dənizdən “Kalibr” qanadlı raketlərinin
buraxılması ilə bağlı xəbərdarlıq edib.
Daha sonra Nikolaev və Odessa bölgələrində hava hücumundan
müdafiənin işi ilə bağlı məlumatlar görünməyə başlayıb və partlayış səsləri
eşidilib.
Odessa vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiya
kamikadze dronları və “Kalibr” qanadlı raketlərindən istifadə edərək
Odessaya bir neçə silsilə hücumlar təşkil edib. Raketaket qalıqlarının
düşməsi nəticəsində bir neçə yanğının baş verib. Partlayış nəticəsində
binaların şüşələri sınıb.
İlkin məlumatlara görə, gecə hücumu nəticəsində üç nəfər yaralanıb, onlara
lazımi yardım göstərilir.