Azərbaycan Dövlət İnformasiya Agentliyi

Volodimir Zelenski Donetsk vilayətində olub

14.08.2023 [20:01]

Xəbərin mətni

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 14-də Donetsk vilayətinə
gedib, hərbçilərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının feysbuk
səhifəsində məlumat yayılıb.
V.Zelenski briqadaların tabeliyində olan ərazilərdə əməliyyat şəraiti və
müxtəlif növ silahlardan istifadənin xüsusiyyətləri barədə məruzələri
dinləyib.
Biz briqada komandiri ilə əsgərlərin üzləşdiyi problemləri və onların həlli ilə
bağlı təklifləri müzakirə etdik", deyə Zelenski əlavə edib.
Prezidentin sözlərinə görə, hər bir briqadanın problemlərini dəqiqləşdirmək
üçün ayrı-ayrılıqda bütün briqadalara baş çəkmək istərdik.