CƏMİYYƏT


Şuşada daha bir kütləvi məzarlıq aşkarlanıb

Müvafiq qurumların, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları hazırda kütləvi məzarlığın aşkarlandığı ərazidədirlər.
Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.