SİYASƏT
Hərbi attaşelər erməni hərbiçilərin qanunsuz fəaliyyətləri barədə məlumatlandırılıb
15.08.2023 [21:39]
Xəbərin mətni
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq keçirilib. Müdafiə Nazirliyindən Azərtac-a verilən məlumata görə, brifinqdə qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyinə dair faktlarla bağlı xarici ölkələrin hərbi nümayəndələrinə ətraflı məlumat verilib. Ermənistanın müxtəlif yollarla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışdığı və bunun yolverilməz olduğu xüsusi vurğulanıb.