Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəşfiyyat-diversiya qrupunun saxlanılan üzvünün şəxsiyyəti müəyyən edilir

16.08.2023 [16:44]

Xəbərin mətni

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində saxlanılan üzvünün ilkin araşdırmalara görə 1983-cü il təvəllüdlü Voskanyan Qaqik Aşotoviç olduğu ehtimal edilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkarlanıb. İlkin ifadələrində Q.Voskanyan 44 günlük müharibədə iştirakını etiraf edib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI