CƏMİYYƏT


Tovuzda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İbrahim Hacılı kənd sakini Elnur Zeynalovun özünəməxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki yarımtikilidə xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Əraziyə baxış zamanı oradan ümumi çəkisi 17 kiloqram 100 qram olan 63 ədəd çətənə kolu aşkar edilib. Bundan başqa, davam etdirilən tədbirlərlə şübhəli şəxsin evində 300 qram çəkidə qurudulmuş marixuana da saxlaması müəyyən edilib.