CƏMİYYƏT
Laçın sakinləri təsərrüfatlarını doğma yurdda inkişaf etdirirlər
İşğaldan azad edilmiş ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması üçün geniş miqyaslı tədbirlər görülür. Məcburi köçkünlərin öz ata-baba yurdlarında təsərrüfat fəaliyyətinə başlmasına imkan yaradılması da ilkin mərhələdə həyata keçirilən tədbirlər sırasındadır. Arıçılıq və heyvandarlıqla məşğul olan yüzlərlə ailə, müvafiq dövlət qurumlarının dəstəyi ilə, mövsümi olaraq öz təsərrüfatını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürür.
Hazırda doğma yurdda təsərrüfat fəaliyyətini davam etdirənlər arasında Laçın rayonunun Bozlu kəndinin sakinləri Xanlar Sərdar oğlu Alıyev və Aqil Məhərrəm oğlu Mövsümov da var. Onlar uzun illərdir arıçılıqla məşğuldurlar və bu gün barlı-bərəkətli ata-baba torpaqlarında öz təsərrüfatlarını inkişaf etdirməkdən çox məmnundurlar.