DÜNYA


Frankfurt hava limanında reyslər təxirə salınıb

Almaniyada güclü yağış səbəbindən Frankfurt hava limanında daşqın baş verib.
Ötən gün axşam saatlarında Almaniyanın cənub-qərb və mərkəzi bölgələrində təsirli olan şiddətli yağış sellərə səbəb olub. Hessen ştatının Frankfurt şəhərində küçələri, yeraltı keçidləri, zirzəmiləri və qatar stansiyalarını su basıb. Frankfurt hava limanında perron gölə çevrilib və təyyarələr suda qalıb. 70-ə yaxın reys təxirə salınıb, Frankfurt hava limanına gələn 23 reys isə başqa hava limanlarına yönləndirilib. Hava limanında yerüstü xidmətlər 2 saatdan çox dayandırılıb və sərnişinlərə uçuş vaxtından 2,5 saat əvvəl hava limanında olmaları barədə xəbərdarlıq edilib.