DÜNYA


Hindistanda güclü yağışlar 72 nəfərin ölümünə səbəb oldu

Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında musson yağışları nəticəsində yaranan daşqın və torpaq sürüşmələrində ölənlərin sayı artır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Himaçal Pradeş ştatının təcili yardım mərkəzinin verdiyi məlumata görə, sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 72-yə çatıb.
Qeyd edək ki, palçıq və dağıntı altında qalanların axtarış-xilasetmə işləri davam etdirilir. Hindistan Hava Departamenti isə əyalətdə yüksək səviyyəli xəbərdarlıq verərkən yağışların yaxın günlərdə də davam edəcəyi barədə bildirib.