CƏMİYYƏT


İşçinin məzuniyyət pulu hansı qaydada hesablanır?

Hər bir işləyən insanın ildə ən az 1 dəfə müəyyən müddət dincəlməyə ehtiyacı olur. Bunun üçün isə insanlar əmək məcəlləsinə uyğun olaraq məzuniyyət hüququndan istifadə edir. Qanunvericilikdə işçiyə verilən hər bir əmək məzuniyyətinə görə müəyyən məbləğdə əlavə ödənişlər verilir. Bəs görəsən insanlar şərti olaraq “məzuniyyət pulu” adlandırılan bu ödənişin necə hesablandığını bilirmi? Hüquqşünas, Əmək məsələləri üzrə ekspert, Sahib Məmmədov bildirdi ki, əmək məzuniyyəti işçinin işə götürüldüyü vaxtdan 6 ay keçəndən sonra müdiriyyətin razılığı əsasında, 11 ay keçəndən sonra isə qeyri şərtsiz verilir. Buna görə verilən ödənişə gəldikdə isə bu məsələ Əmək Məcəlləsində öz əksini tapan konkret mexanizmlə nizamlanır.