CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 83 yanğına çıxış və 13 köməksiz vəziyyətdə qalma faktı qeydə alınıb
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 83 yanğına çıxış və 13 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 13 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 5 nəfər xilas edilib, yanğın zamanı 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Sumqayıt şəhərində 2 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.