DÜNYA


Malayziyada şəxsi təyyarənin qəzaya uğraması 10 nəfərin ölümünə səbəb olub

Malayziyanın Şah-Ələm şəhərində şəxsi təyyarənin qəzaya uğradığı və qəza nəticəsində 10 nəfərin öldüyü bildirilib.

AZƏRTAC “Malay Mail”ə istinadən xəbər verir ki, 6 sərnişin, 2 ekipaj üzvü, 1 polisin olduğu təyyarə Lanqkavi Beynəlxalq Hava Limanından uçuşa başlayıb. Təyyarə yaşayış ərazisində qəzaya uğrayıb.

Polis təyyarənin qəzaya uğradığı yerdə olan iki sakin də daxil olmaqla, ümumilikdə 10 nəfərin öldüyünü açıqlayıb.