CƏMİYYƏT


Füzuliyə qayıdan 23 ailənin sevinci

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 30 il yurd həsrəti ilə yaşayan Füzuli sakinlərinin doğma yurda qayıdışına başlanılıb. Bu gündən etibarən 23 ailənin 90 üzvü doğma yurdda yaşamağa başlayıb. Füzuli şəhərinə çatan ailələr Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qarşılanıb.