SİYASƏT


"Heydər Əliyev İli" çərçivəsində keçirilən silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam edir.

Bu barədə Müdafiə nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin tabeliyindəki "N" hərbi hissəsində keçirilən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ulu Öndərin müasir Azərbaycan Ordusunun yaradılması və inkişafında misilsiz xidmətlərindən danışıblar.

Qeyd olunub ki, bu il anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət müstəqilliyi möhkəmləndirilib, ölkəmizin beynəlxalq mövqeyi güclənib. Onun müdrik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində ölkəmizin durmadan inkişaf etdiyi xüsusi vurğulanıb.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi Ulu Öndərə həsr olunmuş musiqi nömrələri təqdim ediblər.