CƏMİYYƏT


Quba-Xınalıq yolunda selin fəsadları aradan qaldırılıb

Avqustun 18-i gecə saatlarından başlayaraq yağan güclü yağış nəticəsində yaranan sel suları Quba-Xınalıq yolunda fəsadlar yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 36-cı və 42-ci kilometrliklərində palçıq kütləsi və qaya parçaları yolun hərəkət hissəsinə dolub. Bu səbəbdən yolda avtomobillərin hərəkəti təxminən üç saat ərzində məhdudlaşdırılıb.

Əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikası və canlı qüvvəsi cəlb olunub, yolun hərəkət hissəsi təmizlənib.

Hazırda yolda avtomobillərin hərəkəti bərpa olunub, təmizləmə işləri davam etdirilir.