CƏMİYYƏT
FHN “Golden Coast” otelində təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Səbail rayonu, M.Useynov küçəsi, 14 ünvanında fəaliyyət göstərən “Golden Coast” otelində “İctimai obyektlərdə baş vermiş yanğınların söndürülməsi və insanların təxliyəsinin düzgün təşkili” mövzusunda təlim keçirilib. FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Golden Coast” otelinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub. Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları obyektin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.