Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcər və Gədəbəy istiqamətində mövqelərimiz atıcı silahlardan atəşə tutulub

22.08.2023 [14:16]

Xəbərin mətni

Avqustun 22-i saat 12:00-dan 12:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli, Aşağı Şorca və Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI