Laçın rayonunda “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları istifadəyə verilib
26.08.2023 [10:10]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.