SİYASƏT


Prezident İlham Əliyev ermənilərin Laçında törətdikləri hərbi cinayətlərdən danışıb

İndi biz Laçını qurub-yaradırıq. Laçına keçən ilin sentyabrında gələndə şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Laçın Şəhəri Günü” ilə əlaqədar keçirilən bayram tədbirində çıxışı zamanı deyib.