Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İranda neft kəməri partladı

28.08.2023 [13:42]

İranda neft kəməri partlayıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Bildirilir ki, hadisə bu gün səhər saatlarında Hormozqan əyalətinin Keşar kəndi yaxınlığında baş verib. Yanğının hələ də davam etdiyi vurğulanır. Məlumata görə, partlayış yerində minik avtomobili də yanıb.