DÜNYA


Kiyevə kütləvi raket hücumları edilib, ölənlər var

Avqustun 30-da Kiyevə raket zərbələri endirilib. Zərərsizləşdirilən raketlərin qalıqlarının yaratdığı dağıntılar nəticəsində iki nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko məlumat verib
"Təəssüf ki, Kiyevin Şevçenko rayonunda raketin qalıqlarının müəssisənin ərazisinə düşməsi nəticəsində 2 nəfər həlak olub. Daha bir nəfər xəsarət alıb. Yaralıya tibbi yardım göstərilir", - deyə Sergey Popko əlavə edib.