CƏMİYYƏT


Zaqatalada fındıq yığımına başlanılıb

Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də fındıqçılıqdır. Fındıq istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən biri hesab olunur. Ötən il rayonda 32 min tona yaxın fındıq istehsal edilib. Fındıq istehsalı əvvəlki illə müqayisədə 4,5 min ton artıb. Ümumi məhsuldarlıq 19.3 sentner təşkil edib. Builki mövsümdə isə rayonda fındıq istehsalının 35 min tona yaxın olacağı proqnozlaşdırılır.
Rayonun ən iri fındıqçılıq təsərrüfatı olan Fındıqlı kəndində artıq məhsul yığımına başlanılıb.