Cənubi Afrikada yanğın nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb
31.08.2023 [17:16]
Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada baş verən yanğında ölənlərin sayı 73 nəfərə çatıb.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərdən 7-si uşaqlardır. Ölənlərin sayının artacağı istisna edilmir.