CƏMİYYƏT


Cəlilabadda aşkarlanan artefakt qədim dəfnetmə adəti ilə bağlı yeni məlumatları üzə çıxarıb

Cəlilabad rayonunda mövcud olan Paşatəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə dair yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. Çoxsaylı tarixi tapıntılar arasındakı insan skeletlərinin qalıqları qədim dəfnetmə adəti ilə bağlı yeni məlumatları üzə çıxarıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən artefaktda bir il öncə də arxeoloji qazıntılar aparılıb. Burada üzə çıxan nümunələr ərazidə fasiləsiz həyatın olması ilə bağlı ilkin təsəvvürlər yaradıb. Son qazıntılar zamanı da gözləntilər özünü doğruldub.