Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü

31.08.2023 [18:29]

Xəbərin mətni

Moskvada Rusiyanın və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında danışıqlar başlayıb.
AZƏRTAC xəbər verir ki, S.Lavrov türkiyəli həmkarını xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasında münasibətlərin sabit qalacağına əminliyini ifadə edib. O vurğulayıb ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın planlaşdırılan görüşündə müzakirə olunacaq məsələlər ətraflı nəzərdən keçiriləcək, həm ikitərəfli, həm də regional məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.