Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq edib, daha iki hərbçimiz yaralanıb

01.09.2023 [11:07]

Xəbərin mətni

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

BÖLMƏNİN DİGƏR VİDEOLARI