Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

04.09.2023 [12:10]

Xəbərin mətni

Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan
Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI