Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə-Yunanıstan münasibətlərində yeni dövr başlayır

05.09.2023 [16:46]

Yunanıstanla münasibətlərimizdə yeni dövr başlayır.
AZƏRTAC "Haber Global”a istinadən xəbər verir ki, bunu Yunanıstanlı həmkarı Yorgo Gerapetritislə Ankarada görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Təkbətək görüşdən sonra mətbuata bəyanatlarla çıxış edən Hakan Fidan və Yorgo Gerapetritis yaxın gələcəkdə iki ölkə liderinin görüşünə hazırlıq prosesinin davam etdiyini bildirib. Yaxın gələcək üzrə yol xəritəsi üzərində çalışdıqlarını deyən Hakan Fidan, Türkiyənin Yunanıstanla əlaqələrini inkişaf etdirməyə hazır olduğunu bildirib.