DÜNYA


İstanbulda sel suları 3 nəfərin ölümünə səbəb olub

İstanbula yağan güclü leysan nəticəsində Başakşehir və Küçükçekmecedə 3 nəfər sel sularında həyatını itirib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, şəhərin şimal hissəsində başlayan leysan Arnavutköy və Başakşehirdə daha şiddətli olub. Yağan leysan səbəbindən yollarda gölməçələr əmələ gəlib, nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranıb.