Kuleba və Blinkenin Kiyevdə birgə naharı
07.09.2023 [11:00]
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ-nin Dövlət katibi Antoni Blinken Kiyevdə fastfud restoranında nahar ediblər.
Xatırladaq ki, ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 6-da Kiyevə rəsmi səfərə gəlib. Onun iki gün şəhərdə qalacağı və Ukrayna rəsmiləri ilə müharibə bölgəsində əks-hücum əməliyyatını müzakirə edəcəyi gözlənilir.