CƏMİYYƏT
TDT-yə üzv ölkələrin iştirakı ilə “Bakı 2023” Beynəlxalq təlimi keçirilib
07.09.2023 [21:40]
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” beynəlxalq təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistanın fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz, həmçinin Azərbaycanın Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər vəzifəli şəxsləri də iştirak ediblər.