CƏMİYYƏT
DSX: Dövlət sərhədimizi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar
Sentyabrın 5-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasına dəlalət edən əlamətlər aşkar olunub.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və ərazidə axtarış tədbirləri həyata keçirilərək hüquq-mühafizə orqanlarına məlumat verilib.
Keçirilmiş kompleks əməliyyat və qoşun tədbirləri nəticəsində sərhəd pozucularının Əfqanıstan vətəndaşları 1997-ci il təvəllüdlü Azhar Nukhtar və 2003-cü il təvəllüdlü Sardar Vali Samsoor olmaları müəyyən edilərək saxlanılmaları həyata keçirilib.