DÜNYA


Vyetnamda yaşayış binasında yanğın: Ölənlər var

Vyetnamın paytaxtı Hanoy şəhərində 10 mərtəbəli yaşayış binasında yanğın baş verib.
Məlumata görə, yanğında 11 nəfər ölüb, 50-dən çox yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, yanğın gecə saatlarında binanın birinci mərtəbəsində baş verib. Heç bir xilasedici pilləkəni olmayan 150 nəfərin kirayə mənzillərdə yaşadığı binadan yanğınsöndürənlər 70 nəfəri xilas edə biliblər.