RƏSMİ


Düşənbədə 5-ci Məşvərət görüşündə iştirak edən dövlət başçıları “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.
Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.
Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.