SİYASƏT


Budapeşt Demoqrafik Sammitində Azərbaycandakı ailə dəyərlərindən danışılıb

Sentyabrın 14-də Macarıstanda 5-ci Budapeşt Demoqrafik Sammiti keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan parlamentinin sədri Sahibə Qafarova "Ailə təhlükəsizliyin açarıdır" mövzusunda keçirilən müzakirələrdə çıxışı edərək, gündəlikdəki məsələlərin aktuallığını qeyd edib, bu çərçivədə müzakirələrin faydalı olacağına, demoqrafiya və ailə problemlərinin həlli baxımından yeni ideyalar və perspektivlər yaradacağına ümid etdiyini deyib. O, Azərbaycanın ailə institutu ilə bağlı təcrübələrini Sammit iştirakçılarının diqqətinə çatdırıb, cəmiyyətimizin inkişafında ailənin əvəzsiz rolunun olduğunu vurğulayıb.