CƏMİYYƏT
FHN daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyətini dayandırıb
15.09.2023 [15:09]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirdiyi planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aşkar edilən pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib. Həmçinin nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib.
23.09.2023 [20:43]
22.09.2023 [13:09]
24.09.2023 [10:08]
23.09.2023 [21:58]
24.09.2023 [14:10]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
23.09.2023 [10:23]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
13.09.2023 [12:42]