CƏMİYYƏT
Astarada torpaq sürüşməsi olub, bir ev qəzalı vəziyyətə düşüb
15.09.2023 [18:30]
Astara rayonunun ucqar dağlıq ərazilərində torpaq sürüşməsi baş verib. Nəticədə bir ev qəzalı vəziyyətə düşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son vaxtlar cənub bölgəsinə yağan güclü, aramsız yağışlar Astara rayonunun dağlıq ərazilərinin bir çox yerlərində torpaq sürüşmələrinə gətirib çıxarıb. Dağlardan gələn torpaq qatı rayonun Pəlikeş inzibati dairəsinə aid olan Lomin kənd sakini Aynagül Baloğlan qızı Nabatovaya məxsus evi qəzalı vəziyyətə salıb. İki metrə yaxın torpaq qatı əsasən evin arxa hissəsi və həyətyanı sahəsini əhatə edib. Evin xanımı deyir ki, analoji hadisə 2019–cu ildə də baş verib. Həmin vaxt problem yaxınlarının köməkliyi ilə aradan qaldırılıb. Evin arxa divarı yenidən təmir olunub.
25.09.2023 [21:50]
25.09.2023 [19:02]
25.09.2023 [18:57]
25.09.2023 [18:16]
25.09.2023 [16:10]
19.09.2023 [19:39]
16.09.2023 [18:46]
16.09.2023 [17:33]
23.09.2023 [10:23]
22.09.2023 [13:25]
18.09.2023 [15:12]
13.09.2023 [12:42]