SİYASƏT


Ərdoğan Qarabağla bağlı dördtərəfli görüş keçirməyi təklif edib

Türkiyənin təşəbbüsü ilə baş tuta biləcək üçtərəfli görüş barədə təkliflərimizi hər iki tərəfin diqqətinə çatdırmışıq. Lakin bu mövzuda üçtərəfli görüşdən əlavə, ola bilsin ki, dördtərəfli görüş də baş tutsun. AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfəri öncəsi media üçün keçirdiyi brifinqdə bildirib. O, həmçinin qeyd edib ki, regionla heç bir bağlılığı olmayan liderlərlə yox, məsələnin içində olan şəxslərlə - Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanla birlikdə görüş keçirə bilər.