Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xaçmazda Qudyalçay üzərində yeni körpünün tikintisinə başlanılır

18.09.2023 [11:59]

Xəbərin mətni

Xaçmazda Qudyalçay çayı üzərində yerləşən dağılmış körpünün yerində yenisinin inşasına başlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni körpünün inşası üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Hazırda köhnə körpünün qalıqlarının ərazidən daşınması işləri də aparılır. Paralel olaraq artıq bu gündən yeni körpünün svaylarının vurulmasına başlanılacaq.