CƏMİYYƏT


Daha 10 vətəndaşımızın meyit qalıqları eyniləşdirilib

Sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq konfransın iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətinə toxunub, mövzunun Azərbaycan üçün vacibliyinə diqqət çəkib.