CƏMİYYƏT


Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.