Mina terroru ilə bağlı BMT-yə müraciət ünvanlanıb
19.09.2023 [16:21]
Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar.
AZƏRTAC müraciəti təqdim edir.
Biz - Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan Respublikası ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Denis Frensisə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət edirik.
1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir.
İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günədək 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dövləti Ermənistanın basdırdığı minaları gecə-gündüz təmizləyir.