SİYASƏT
Ukraynalı jurnalist: Azərbaycanın antiterror tədbirləri labüd idi
20.09.2023 [16:23]
Xəbərin mətni
Azərbaycanın antiterror tədbiri keçirməsi labüd və zaman məsələsi idi. Çünki mütəmadi olaraq baş verən təxribatlar azərbaycanlı hərbçilərin və işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğul olan mülki şəxslərin həlak olmasına səbəb olurdu.
Bu barədə AZƏRTAC-a ukraynalı jurnalist, siyasi ekspert Marına Qonçaruk bildirib.