CƏMİYYƏT


Mina terrorunun qurbanı dünya ictimaiyyətinə səsləndi: ermənilərə “Dur!” deyilməlidir

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi cinayətlərindən biri mina terrorudur. Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra da Azərbaycan faşist xislətli ermənilərin basdırdığı mina təhlükəsi ilə üz-üzə qalıb. 2020-ci il noyabrın 10-dan indiyədək yüzlərlə insan mina terroru nəticəsində həlak olub və ya müxtəlif dərəcəli xəsarət alıb.

Erməni diversiya qrupları hələ də Azərbaycan ərazilərinə minalar basdırır. Hər gün Qarabağda və Şərqi Zəngəzurda Ermənistan tərəfinin basdırdığı minalar haqqında yeni-yeni məlumatlara şahidlik edirik.