DÜNYA
Odessa dron və raket hücumuna məruz qalıb
25.09.2023 [13:25]
Rusiya silahlı qüvvələri sentyabrın 25-ə keçən gecə müxtəlif tipli raketlər və kamikadze dronları ilə Ukrayna şəhərlərinə hücum ediblər. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan olunub.
AZƏRTAC xəbər verir ki, Rusiya ordusunun hücumları nəticəsində Odessa və Krivoy-Roq şəhərlərində dağıntılar qeydə alınıb, yaralananlar var.
Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Ukrayna ərazisinə ümumilikdə 19 “Şahed”, 12 “Kalibr” raketi və 2 “Oniks” raketi atılıb. Ölkənin hava hücumundan müdafiə sistemləri düşmənin bütün pilotsuz zərbə təyyarələrini, həmçinin 11 “Kalibr” raketini məhv edib.
06.12.2023 [20:57]
06.12.2023 [10:39]
04.12.2023 [16:43]
06.12.2023 [15:46]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]