SİYASƏT


Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.