Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hərbi ekspert: Qarabağda olan evlərin ətrafı da minalanıb

25.09.2023 [17:32]

Bu gün Qarabağda, əsasən də yeni azad olunan ərazilərdə yaşayış olan evlərin ətrafı da seperarçılar tərəfindən minalanıb, hansı ki, həmin evlərdə onlar özləri yaşayırdı. Buna görə də hərbçilərimiz son dərəcə diqqətli və ehtiyyatlı olmalıdır. Bu sözləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Şair Ramaldanov söyləyib.