SİYASƏT


AZƏRTAC-ın çəkiliş qrupu Xocalıda

Bir sutkadan az bir müddətdə Azərbaycan hərbçilərinin Qarabağ iqtisadi rayonunda uğurla həyata keçirdikləri lokal antiterror tədbirləri ordumuzun peşəkarlığını bird aha dünyaya göstərdi. Antiterror tədbiri nəticəsində yüksək peşəkarlıqla qarşıda duran bütün strateji hədəflərə tam şəkildə nail olundu, ən əsası Azərbaycanın suverenliyi və konstitusion quruluşu bərpa edildi.
Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü də keçirilib.
AZƏRTAC-ın çəkiliş qrupu 31 ildən sonra ilk dəfə Xocalıda olub. Çəkiliş qrupumuzun Xocalıdan lentə aldığı görüntüləri təqdim edirik.