SİYASƏT


Ukraynalı ekspert: Azərbaycanın ərazilərini azad etməsi Prezident İlham Əliyevin uzaqgörən strategiyasının nəticəsidir

Azərbaycanın Qarabağ bölgəsində uğurlu antiterror tədbirlərinin, ərazilərin işğaldan azad edilməsinin əsas səbəbi Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin uzaqgörən, düzgün strategiya qurmasıdır. Azərbaycan dövləti bu məsələdə sistemli siyasət apara bildi, ordu quruculuğunda düzgün addımlar atdı, uzunmüddətli və güclü strateji plan hazırlayıb həyata keçirdi.
Bu fikri AZƏRTAC-a müsahibəsində, Ukraynanın Milli Antiböhran Qrupunun aparıcı tərəfdaşı, siyasi ekspert Taras Zaqorodnıy söyləyib.